İran hökumətinin sözçüsü:


Dünya 18 Noy 2019 16:32:00 313 0

İran hökumətinin sözçüsü:

"İranda benzin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar ötən günlə müqayisədə 80%-dən çox səngiyib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbiinin sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb və bir-iki günə tam həllini tapacaq:

"Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar".

İran hökumətinin rəsmisi deyib ki, etirazlar zamanı həmin şəxslər tərəfindən dəfələrlə odlu və soyuq silahlardan istifadə olunub.