Bakıda “BMW” yolu keçən piyadanı vurub öldürdü


Digərləri 18 Noy 2019 16:36:00 354 0

Bakıda “BMW” yolu keçən piyadanı vurub öldürdü

Səbail rayonunun Yeni Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 16-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.