Stanislav Pritçin: Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması ölkənin imicini yüksəldəcək


Digərləri 18 Noy 2019 15:53:00 234 0

Stanislav Pritçin: Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması ölkənin imicini yüksəldəcək

Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinə bütün iştirakçılar böyük maraq göstərir

Bakı. Mətanət Nəsibova - Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinə bütün iştirakçılar böyük maraq göstərir. Bunu Trend-ə rusiyalı iqtisadçı ekspert Stanislav Pritçin deyib. Onun sözlərinə görə, bu layihənin reallaşdırılmasında ilk növbədə Türkmənistan və Avropa maraqlıdır: “Bu layihə böyük siyasi əhəmiyyət kəsb edir, xüsusilə də Azərbaycanın iştirakı onun regionda və dünyada əhəmiyyətini artırır. Azərbaycan bu layihədə balanslaşdırılmış mövqe nümayiş etdirir və gizlətmir ki, tranzit ölkə qismində çıxış edə bilər. Bununla da Azərbaycan layihəyə qoşulmağa və dəstəkləməyə hazır olduğunu göstərir”. Ekspert xatırladıb ki, ötən il Xəzərdə trans-sərhəd layihələri barədə Protokol qəbul edilib və bu sənəd bu cür layihələrin reallaşdırılması məsələsini tənzimləyir: