İranda benzin bahalşamasına qarşı etirazlarda 180 nəfər saxlanılıb


Dünya 18 Noy 2019 15:42:00 312 0

İranda benzin bahalşamasına qarşı etirazlarda 180 nəfər saxlanılıb

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin bəzi şəhərlərində benzin bahalaşmasına qarşı keçirilən etirazlarda 3 gün ərzində 180 nəfər saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayətinin valisi Qulamrza Şəriəti IRNA-ya açıqlamasında deyib.

Q.Şəriətinin sözlərinə görə, vilayətin 15 rayonunda benzinin qiymətinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib. Bu rayonlarda bəzi şəxslər dinc aksiyaları zorakılığa çevirməyə çalışıblar. Behbəhan, Xürrəmşəhr, Abadan, Şadqan, Mahşəhr və Əndimeşk rayonlarında dövlət əmlakına ziyan vurulub.