Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü


Dünya 18 Noy 2019 15:46:00 342 0

Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü

Rusiyada Usinsk Şəhər Məhkəməsinin qərarı ilə 17 yaşlı həyat yoldaşını döyməkdə təqsirləndirilən ailə başçısı 5 il 6 ay müddətində həbsə məhkum edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, cinayəti törətmiş şəxs hamilə olan, 2015-2018-ci illər aralığında yaşadığı həyat yoldaşını fiziki və mənəvi işgəncələrə məruz qoyub.

Şiddət faktı cütlüyün digər azyaşlı oğlan uşağının gözü önündə törədilib.

Qeyd edək ki, qeyri insani rəftara məruz qalmış qadın Azərbaycan Respublikasının vətəndaşıdır.