Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü


Digərləri 18 Noy 2019 15:37:00 286 0

Qəbələdə "VAZ" 60 yaşlı kişini vurub öldürdü

Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Qəbələ-İsmayıllı avtomobil yolunda qeydə alınıb.

Qəbələ rayonunun Vəndam qəsəbə sakini, 1998-ci il təvəllüdlü Həşimli Razil Rza oğlu idarə etdiyi "VAZ 21074" markalı, 10 LZ 807 dövlət nömrə nişanlı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən, 1959-cu il təvəllüdlü Abdurəhmanov Çingiz Gülalı oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb. Faktla bağlı araşdırma aparılır.