Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb


Digərləri 18 Noy 2019 15:32:00 290 0

Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Bakı. Abşeronda evdən 53 min manatlıq oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də rayon ərazisindəki evlərin birindən 53.500 manat dəyərində geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Aslanov və Q.Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin