“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 18 Noy 2019 15:05:00 243 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR. Beynəlxalq valyuta birjalarında Amerika prezidentinin FED-i tənqid etməsindən sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşmaya səbəb olmuşdur. Belə ki, EUR/USD məzənnəsi də 1.10$-dan 1.1061$-a kimi bahalaşıb və sözügedən səviyyənin üzərində qalarsa, 1.11 və 1.12$-a kimi də bahalaşa bilər. Bura Almaniya iqtisadiyyatında inkişafa dair açıqlanan müsbət fundamental göstəricilər də təsir etmişdir. Lakin bununla yanaşı, Avropada yenidən artan siyasi risklər də diqqət mərkəzində saxlanılmalıdır. GBP. GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və 1.2944$-ın üzərində qalarsa, 1.30$-a kimi də bahalaşa bilər. Burada isə gələcək günlər ərzində İngilətərə polisinin növbədənkənar parlament seçkisi fonunda hakim partiyanın saxtakarlığına dair araşdırmalara başlaması diqqət mərkəzində olacaqdır.