Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ


Digərləri 18 Noy 2019 14:54:00 232 0

Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) noyabrın 17-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyi (DİN) noyabrın 17-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin