Bakıda “BMW” yolu keçən piyadanı vurub öldürdü


Digərləri 18 Noy 2019 14:32:00 258 0

Bakıda “BMW” yolu keçən piyadanı vurub öldürdü

Səbail rayonunun Yeni Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Səbail rayonunun Yeni Salyan yolu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 16-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində Bakı şəhər sakini K.Bayramov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən paytaxt sakini Qorxmaz Ələsgərovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin