36 yaşlı riyaziyyat müəllimi evində ölü tapıldı


Digərləri 18 Noy 2019 14:20:00 313 0

36 yaşlı riyaziyyat müəllimi evində ölü tapıldı

Cəlilabadda evdən kişi meyiti aşkar edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.

Bekə ki, Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.

Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.