Fuad Qəhrəmanlının boşanma məhkəməsi 5ci dəfə təxirə salındı


Digərləri 18 Noy 2019 14:25:00 302 0

Fuad Qəhrəmanlının boşanma məhkəməsi 5ci dəfə təxirə salındı

Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, hakim prosesi növbəti dəfə təxirə salıb: "Baxmayaraq ki, tərəflərin hər ikisi məhkəməyə boşanmağa görə razılıq veriblər. Amma hakim prosesi uzadır. Bu dəfə hakim əsas gətirdi ki, Fuad Qəhrəmanlı həbsdədir və məhkəmədə iştirak edə bilmədiyi üçün proses təxirə salınır. Buna görə də növbəti məhkəmə prosesi noyabrın 21-nə təyin olundu".

Qeyd edək ki, məhkəmə prosesi artıq 5-ci dəfədir ki, təxirə salınır.