Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb


Digərləri 18 Noy 2019 14:20:00 316 0

Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb

təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb

Bakı. Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb. Trend-in məlumatına görə, materialın əsas üstünlüyü onda təbii ipək lifləri və qeyri-üzvi sintetik hissəciklərin birləşməsinin olmasıdır. Unikal mexaniki xüsusiyyətlərə malik olan biokompozit yaxın infraqırmızı diapazonda təhrik zamanı optik cavab verə bildiyindən gələcəkdə onu biotibb sahəsində də istifadə etmək mümkün olacaq. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin