BakıAstara yolunun Lənkərandan keçən hissəsinin kənarında yaşıllıq zolağı salınacaq


Digərləri 18 Noy 2019 14:06:00 320 0

BakıAstara yolunun Lənkərandan keçən hissəsinin kənarında yaşıllıq zolağı salınacaq

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Bakı-Astara magistralının Lənkərandan keçən hissəsində yolun hər iki tərəfində yaşıllıq zolağı salınacaq.

Son.az bildirir ki, bunu Trend-ə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev deyib.

Birinci müavinin sözlərinə görə, Lənkəran şəhərinin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca müxtəlif növ həmişəyaşıl ağac tinglərinin əkilməsi planlaşdırılıb. Ümumilikdə bu təşəbbüs çərçivəsində rayonda 2000 ağacın əkilməsi nəzərdə tutulur. Əkiləcək bitkilər əsasən, həmişəyaşıl ağaclar olacaq.

M.Babayev qeyd edib ki, artıq ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib.