“Kimdə istilik yoxdursa...” “Azəristiliktəchizat”dan açıqlama


Digərləri 18 Noy 2019 13:57:00 327 0

“Kimdə istilik yoxdursa...”  “Azəristiliktəchizat”dan açıqlama

Hazırda bütün qazanxanalarımız işə düşüb. Kimdəsə istilik yoxdursa, bu fərdi mənzillərlə bağlı ola bilər

Son.az bildirir ki, bunu qafazinfo-ya açıqlamasında "Azəristiliktəchizat" ASC-nin abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib. 

O qeyd edib ki, "Azəriqaz"a olan borc dövlət tərəfindən tənzimlənəcək: "Bizim hazırda verdiyimiz istiliyin tarifi maya dəyərindən aşağıdır. Ancaq qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. 2011-ci ildən evin 1 kv. m görə əhali istehlakçı qrupu üçün tarif 15 qəpikdir. Amma biz qiymət artımı məsələsinə baxmırıq. Ümumi olaraq, bu məsələ dövlət tərəfindən tənzimlənəcək. Hazırda qiymət artımı məsələsi gündəmdə deyil".

Qazanxanalarda temperaturun qaldırılması məsələsinə gəlincə isə o bildirib ki, hazırda temperaturun aşağı olması qazanxanaların texniki xarakterindən asılıdır: