İranda məktəblər bağlandı


Dünya 18 Noy 2019 13:25:00 313 0

İranda məktəblər bağlandı

İranın 8 vilayəti və onun rayonlarında bir çox məktəb yağış, qar və hava çirklənməsi səbəbindən fəaliyyətini dayandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, İranın bəzi vilayətlərində dərs saatları təxirə salınıb.

İranın Buşehr vilayətində güclü yağışlar, Çahar-Mahal və Bəxtiyari, Mərkəzi, İsfahan, Kohgiluyə və Buyir-Əhməd, Əlborz vilayətlərində qar və şaxta, Xuzistan vilayətində hava çirklənməsi nəticəsində bir sıra məktəblər fəaliyyətini dayandırıb.

İranın Fars vilayətinin Şiraz şəhərinin təlim, təhsil və universitetləri baş idarəsinin rəsmiləri bildiriblər ki, şəhərin bütün məktəb və universitetləri bu gün bağlıdır. Səbəb benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda məktəbli və tələbələrin təhlükəsizliyidir.