Komitə sədri: "Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir"


Digərləri 18 Noy 2019 13:16:00 344 0

Komitə sədri: "Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir"

Azərbaycanda qadın sahibkarların sayı ilbəil artır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" forumunda Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynova deyib ki, qadın sahibkarların sayının artması əhalinin həyat səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılmasına səbəb olur:

"Qadınların peşə ixtisas kurslarına cəlb edilməsi daha da güclənməlidir. Sahibkar qadınlar üçün yeni bazarlara çıxış imkanları yaradılmalıdır. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına yardım edir. Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evlərində qadın sahibkarların istehsal etdiyi məhsulların ixracı daha da artırılmalıdır".