“İnsanlar qapısı açıq avtobusdan acımış xəmir kimi daşırlar” FOTO


Digərləri 18 Noy 2019 12:08:00 298 0

“İnsanlar qapısı açıq avtobusdan acımış xəmir kimi daşırlar”  FOTO

Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar.

Bu sözləri "qafqazinfo"ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir:

"Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqdan bütün əsəblərimiz korlanır. Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin. Hər an insanların ölüm təhlükəsi var, buna səssiz qalmaq olmaz".