Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək


Digərləri 18 Noy 2019 11:53:00 259 0

Miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-dən Trend-ə verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər dekabrın 16sı saat 18.00-dək Mərkəzin saytında qeydiyyatdan keçməlidirlər. Namizədlər imtahana yazılmaq üçün“Şəxsi kabinet” yaratdıqdan sonra bank kartı və ya ödəmə terminalları vasitəsilə imtahanda iştirak haqqını (82 AZN) hesablarına əlavə edib qeydiyyatdan keçməlidirlər. (adsgarden = window.adsgarden || []).push({}); İmtahanın keçiriləcəyi yer və başlama saatı haqqında məlumat qeydiyyat prosesi başa çatdıqdan sonra veriləcək Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin