Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı


Digərləri 18 Noy 2019 11:30:00 259 0

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Fərhad Yunis oğlu kənd sakini İsmayılov Manaf Baba oğlunun həyətində qohumu, 1997-ci il təvəllüdlü İsmayılov Mayıl Sabir oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində F.Məmmədov M.İsmayılovu kürək nayihəsindən bıçaqlayıb. (adsgarden = window.adsgarden || []).push({}); Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Faktla bağlı cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin