Abşeronun 2 qəsəbəsində işıq olmayacaq


Digərləri 18 Noy 2019 10:57:41 228 0

Abşeronun 2 qəsəbəsində işıq olmayacaq

Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.

Bakı. Samir Əli - Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq. Bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün saat 12:00-dan 15:00-a qədər Digah və Mehdiabadda elektrik enerjisinin verilməsində qisa müddətli fasilə yaranacaq: "Fasiləyə səbəb 35/6 kv-luq yarımstansiyasında aparılan yenidənqurma işləridir. "Azərişıq" yaranmış narahatlığa görə Istehlakçılardan üzr istəyir".