İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə!


Digərləri 18 Noy 2019 10:32:00 285 0

İşləmədiyi müddətdə pul almaq istəyənlərin nəzərinə!

İşsizlikdən sığorta ödənişi artıq elektron qaydada təyin ediləcək. Bunun üçün vətəndaşların hansısa quruma vaxt sərf edərək getmələrinə ehtiyac qalmayacaq. Ödənişin təyin edilib-edilməməsi isə 10 gün ərzində bəlli olacaq.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, işsizlikdən sığorta almaq üçün öncədən vətəndaşlar sosial müdafiə şöbələrinə müraciət etməli idilər. Ancaq artıq bütün bu proseslər tam olaraq elektron qaydada icra ediləcək. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq" altsisteminin təmin etdiyi elektron xidmət sayəsində mümkün olacaq.

Ekspert Rəşad Həsənov bildirir ki, işsizlikdən sığorta məsələsinin elektronlaşdırılması çoxsaylı insanın problemini qısa zamanda həll etməyə imkan verəcək.

Nazirlikdən verilən məlumata görə, sığorta ödənişini almaq hüququna malik şəxs "Məşğulluq" altsistemində işsiz kimi qediyyata alındıqdan sonra sistemdə yerləşdirilən ərizəni təsdiq edir. Şəxsin müraciəti altsistem tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bu qərar şəxsin elektron kabinetində yerləşdirilir və ya mobil telefon nömrəsinə ismarıc göndərilir.