TANAPin açılacağı


Digərləri 18 Noy 2019 10:36:00 251 0

TANAPin açılacağı

Transanadolu boru kəmərinin (TANAP) açılışı noyabrın 30-da planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu tarixi Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz səsləndirib.

Nazir bildirib: "TANAP bizim üçün ən mühüm layihələrdən biridir. Biz bu layihəni noyabrın 30-da açmağı planlaşdırırıq".

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.