Siyəzəndə yol qəzasında iki nəfər öldü, daha birinin vəziyyəti ağırdır


Digərləri 18 Noy 2019 10:22:52 236 0

Siyəzəndə yol qəzasında iki nəfər öldü, daha birinin vəziyyəti ağırdır

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə ötən gecə rayonun Zarat kəndində qeydə alınıb. Yük və minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar təcili tibbi yardımla Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Xəsarət alanlar 1991-ci il təvəllüdlü Savalanov Hümbət Sayəddin oğlu, onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Savalanova Günay Şakir qızı və 1987-ci il təvəllüdlü Əliyeva Oksana Gülağa qızıdır. (adsgarden = window.adsgarden || []).push({}); Mərkəzdən Trend-ə verilən məlumata görə, ağır bədən xəsarətləri alan şəxslər reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq xəsarət alan hər iki qadın dünyasını dəyişib. H.Savalanov isə açıq kəllə-beyin travması ilə müalicə olunur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin