Bakıda kişi arvadını öldürüb


Kriminal 18 Noy 2019 10:14:00 311 0

Bakıda kişi arvadını öldürüb

Bakıda kişi həyat yoldaşını boğaraq öldürüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 30 ünvanında birlikdə kirayədə yaşadığı həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedərək bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.