TANAP-in açılacağı TARİX məlum oldu


Digərləri 18 Noy 2019 10:03:30 277 0

TANAP-in açılacağı TARİX məlum oldu

Transanadolu boru kəmərinin (TANAP) açılışı noyabrın 30-da planlaşdırılır.

Bakı. Ləman Zeynalova - Transanadolu boru kəmərinin (TANAP) açılışı noyabrın 30-da planlaşdırılır. Trend-in məlumatına görə, bu tarixi Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz səsləndirib. Nazir bildirib: "TANAP bizim üçün ən mühüm layihələrdən biridir. Biz bu layihəni noyabrın 30-da açmağı planlaşdırırıq". Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.