Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır (FOTO)


Digərləri 18 Noy 2019 09:50:00 225 0

Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır (FOTO)

Təmir-tikinti işlərindən sonra isə 8 yaşayış mətəqəsinin əhalisinin tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər.

Bakı. Samir Əli - Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulması yekunlaşmaq üzrədir. Agentlikdən Trend-ə verilən məlumata görə, avtomobil yolunun ümumi uzunluğu 35.9 km təşkil edir. Sözügedən avtomobil yolu bir-neçə istiqamət üzrə yenidən qurulur. Bu yolun 20.5 km uzunluğa malik Xaçmaz-Əbilyataq və 7.7 km olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7.7 km-dir. Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 8 yaşayış mətəqəsinin əhalisinin tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcəklər. Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.