Türkmənistandan Bakıya gələn onkoloji xəstə gəmidə öldü


Digərləri 18 Noy 2019 09:57:23 245 0

Türkmənistandan Bakıya gələn onkoloji xəstə gəmidə öldü

Türkmənistandan Bakıya gələn qadın gəmidə ölüb.

Bakı. Samir Əli – Türkmənistandan Bakıya gələn qadın gəmidə ölüb. Trend-in məlumatına görə, hadisə Xəzər dənizinin Qaradağ rayonu ərazisində, Türkmənistana məxsus “Bəxtiyar” adlı gəmidə baş verib. Belə ki, sərnişin qismində Bakıya gələn, 1960-cı il təvəllüdlü, Türkmənistan vətəndaşı olan azərbaycanlı Bayramova Həlimə İsa qızı onkoloji xəstəlikdən əziyyət çəkdiyindən Cəlilabad rayonundakı qohumlarını görməyə gəlirmiş. Gəmi Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxınlaşarkən yataq şəraitində Bakıya gələn H.Bayramovanın vəziyyəti qəfil pisləşib və o dünyasını dəyişib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin