İran ABŞın ölkədəki etirazlara aid bəyanatına münasibətini bildirib


Dünya 18 Noy 2019 08:52:00 302 0

İran ABŞın ölkədəki etirazlara aid bəyanatına münasibətini bildirib

Tehran ABŞ-ın İrandakı etirazlara aid bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bəyan edib.

Daha əvvəl ABŞ-nın Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus, İran hakimiyyətinin etirazlar zamanı ölkədə İnterneti bağlamaq cəhdlərini qınadığını və ABŞ-ın "səbirli İran xalqını" dəstəklədiyini açıqlayıb.

İranın Xarici İşlər Nazirliyinin saytındakı açıqlamada A.Musavi deyib: ""Böyük İran xalqı bu cür ifadələrin heç bir səmimiliy olmayan riyakarlıq və münafiqliy olduğunu yaxşı bilir."