Azərbaycanda kişi həkimlərin sayı azalıb


Digərləri 18 Noy 2019 08:59:00 298 0

Azərbaycanda kişi həkimlərin sayı azalıb

Son 8 ildə Azərbaycanda qadın həkimlərin sayı artıb, kişi həkimlərin sayı isə azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, ümumən son 8 ildə ölkədəki həkimlərin sayı azalıb.

2010-cu ildə ölkədə 33085, 2018-ci ildə 32 485 həkim olub. Hazırda əhalinin hər 10 000 nəfərinə orta hesabla 33 həkim düşür.

2010-cu ildə bütün həkimlərin 63,2 faizi qadın olduğu halda, 2018-ci ildə bu göstərici 66,4 faizə yüksəlib.