Britaniya ordusunun İraq və Əfqanıstandakı hərbi cinayətlərinin gizlədilməsi ehtimal olunur


Dünya 18 Noy 2019 08:40:00 322 0

Britaniya ordusunun İraq və Əfqanıstandakı hərbi cinayətlərinin gizlədilməsi ehtimal olunur

Britaniya hərbi qüvvələrinin İraq və Əfqanıstanda törədə biləcəyləri hərbi cinayətlərin, o cümlədən mülki şəxslərin öldürmələri və işgəncə vermələri ölkənin hərbi rəhbərliyi tərəfindən gizlədilməsi bildirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə noyabrın 17-də Britaniyanın "Sunday Times" qəzeti və BBC yayım korporasiyasının əldə etdiyi gizli sənədlərdə deyilib.

İngilis hərbçilərinin İraq və Əfqanıstandakı fəaliyətlərini araşdıran hərbi müstəntiqlərə istinad edərək, bu media vasitələri, Britaniya Silahlı Qüvvələrinin xüsusi bölməsi olan Xüsusi Hava-Xidməti (SAS) hərbçilərindən birinin qətllər törətdiyini, habelə Şotlandiyanın "Black Watch" hərbi bölməsinin döyüşçülərinin məhbuslara işgəncələr verildiklərini və onlara qarşı cinsi zorakılıq tətbiq etdiklərini bildirir.