ABŞ İrandakı etirazları dəstəkləyib


Dünya 18 Noy 2019 08:26:00 274 0

ABŞ İrandakı etirazları dəstəkləyib

ABŞ İran xalqının dinc etirazlarını dəstəkləyib və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyib.

Son.az Trend-ə istinadən bildirir ki, İranda benzinin qiymətinin artmasına qarşı nümayişlər keçırılir. Noyabrın 15-də keçirilən iğtişaşlar zamanı bir nəfərin öldüyü bildirilib.

Ağ Evin yaydığı bəyanatda qeyd olunub: "ABŞ İran xalqını ona rəhbərlik etməli olan rejimə qarşı dinc etirazlarında dəstəkləyir. Biz ölümlə nəticələnə bilən güc tətbiq edilməsini və nümayişçilərə qarşı istifadə edilən rabitə mövzusunda sərt məhdudiyyətləri müzakirə edirik".