Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsiz keçib


Digərləri 18 Noy 2019 06:21:00 280 0

Fransada "sarı gödəkçələr"in nümayişlərinin ikinci günü iğtişaşlarsiz keçib

"Sarı gödəkçələr" etiraz hərəkatının tərəfdarları noyabrın 18-i Fransanın şəhərlərində yenidən küçələrə çıxıblar

Bakı. "Sarı gödəkçələr" etiraz hərəkatının tərəfdarları noyabrın 18-i Fransanın şəhərlərində yenidən küçələrə çıxıblar. Trend-in məlumatına görə, noyabrın 17-si Fransa paytaxtında baş verən iğtişaşlara nisbətən bazar günü aksiyaları daha sakit şəraitdə keçıb. Paytaxt polisinin prefekturası öz "Twitter" səhifəsində verdiyi xəbərə görə, bazar günü nümayiş yerlərində 31 nəfər saxlanılıb, 1,6 mindən çox nəfərin şəxsi əşyalarında axtarış aparılıb. Bu, şənbə günü ölkə ərazisində 264 nəfərin, onlardan 173 nəfərinin Parisdə saxlanıldığından xeyli azdır. (adsgarden = window.adsgarden || []).push({}); Yerli vaxtla 20:00-da polis, noyabrın 17-si səkkiz azyaşlı uşaq da daxil olmaqla 169 saxlanılanın nəzarət altında qaldığını bildirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin