Fransız diş həkimindən diş ağrıları haqqında bilmədiyiniz QƏRİBƏ FAKTLAR


Digərləri 18 Noy 2019 03:30:00 325 0

Fransız diş həkimindən diş ağrıları haqqında bilmədiyiniz QƏRİBƏ FAKTLAR

Dişlər qidanın çeynənməsinə xidmət edir, odur ki, onlar insanın yeni ideyaları və ya şərtləri necə qəbul etməsi və mənimsəməsi ilə sıx bağlıdır. Diş problemləri adətən baş verən situasiyaları düzgün təhlil edə bilməyən və qətiyyətsiz insanlarda özünü göstərir. Diş problemləri həm də insanın özünü çarəsiz hiss etməsi və real həyatda özünə dayaq tapa bilməməsini bildirə bilər.

Son.az fransız diş həkimi, Mişel Kaf-fenin illərlə apardığı araşdırmaların nəticələrini təqdim edir.

Üst çənədəki səkkiz sağ diş bir insanın xarici aləmdə özünü göstərmək və ya ifadə etmək istəyi ilə əlaqələndirilir; bu dişlərdən birində problem yaranıbsa, bu, insanın xarici dünyada öz yerini tapa bilmədiyini göstərir.

Üst çənədə səkkiz sol diş insanın daxili dünyası, hissləri, duyğuları və istəklərini ifadə etmək istəyi ilə bağlıdır; bu dişlərdən birindəki problem onu göstərir ki, bu insan şəxsiyyətini ortaya qoymaqda, özünü ifadə etməkdə çətinlik çəkir.

Alt çənədəki səkkiz sağ diş dəqiqləşdirmə qabiliyyəti ilə əlaqələndirilir; bu dişlərdən birində yaranan problem insanın həyatını müəyyən bir istiqamətə yönəltməkdə və konkret qərar verməkdə çətinlik çəkdiyini göstərir.

Alt çənədə səkkiz sol diş həssaslığın təzahürü ilə əlaqələndirilir; bu dişlərdən biri ilə bağlı problem bir insanın ailəsi ilə emosional səviyyədə ziddiyyət təşkil etdiyini və problemlər yaşadığını göstərir. Yuxarıdakı əlamətlərə eyni zamanda dişlərin kələ-kötür yerləşməsi də daxildir.

Vücudunuzun sağ tərəfi atanızla münasibətinizi birbaşa əks etdirdiyindən, sağ dişlərdəki problemlər bu münasibətlərdə hələ də bir növ qarşıdurmanın olduğunu göstərir. Bu o deməkdir ki, atanıza münasibətinizi dəyişdirməlisiniz, daha böyük tolerantlıq göstərin. Sol tərəfdə yerləşən dişlər ağrayırsa, bu, onu bildirir ki, ananızla münasibətlərinizi qaydaya salmalısınız.

(adsgarden = window.adsgarden || []).push({});