Günün qoroskopu: Xeyli gözlənilməzlik yaşayacaq


Digərləri 18 Noy 2019 00:01:00 295 0

Günün qoroskopu: Xeyli gözlənilməzlik yaşayacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Cari, rutin işlərə istəmədən çox vaxt sərf edirsiniz. Ancaq yalnız bunları bitirəndən sonra əsas məsələlərə keçmək olar. İşdə eksperimentlər aparmaq məsləhət deyil, yaxşı olar ki, yoxlanılmış metodlardan istifadə edəsiniz. Rəhbərliyin dəstəyinə yalnız axşamtərəfi nail ola bilərsiniz. Fiziki iş və idmanla məşğul olun. Axşam səbəbsiz həyəcan yaşayacaqsınız. Sakit olmağa çalışın. Energetik içkilərdən uzaq durun.

Buğa - O qədər də çox şey vəd etməsə də, pis gün deyil. Dediyiniz hər sözü ağzınızdan "bişirib" çıxarın: sizi çox diqqətlə dinləyirlər, özü də bunların hamısı sizi çox istədiklərindən belə etmir. Bəzi Buğalar özlərinin keçmiş düşmənlərini dosta çevirə biləcəklər. Sonuncular isə tez bir zamanda öz vəfalarını sübut edəcəklər. Sizə çox vəd verən insanlara inanmayın - çox güman ki, müsahibiniz özü də istəmədən sizi yanıldır.   Asanlıqla aşiq olur, başınızı itirirsiniz, ilk baxışdan məhəbbət bu gün sizi tapa bilər. Artıq öz yarlarını tapanlar isə onların yeni xüsusiyyətlərinə təəccüblənib heyran olacaqlar.

Əkizlər - İşdə uğurlar qazana bilərsiniz, yeni, mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gəlirsiniz. İstənilən şəraitdə nikbinliyinizi və öz gücünüzə inamı qoruyub saxlayırsınız. Bu, ətrafınızdakılarda xoş təəssürat yaradır, sizə nüfuzlu insanların rəğbətini qazandırır. Tanışlıqların sayı çox olmasa da, həyatınızda vacib rol oynayacaq maraqlı bir insanla rastlaşa bilərsiniz. Ailəli Əkizlər həyat yoldaşları ilə münasibətlərini möhkəmlədə, mübahisələrə son qoya bilərlər.  

Xərçəng - Əvvəlcədən təyin etdiyiniz məqsədlərinizə doğru gedin, yolunuzdan sapdırmağa çalışanlara isə imkan verməyin. Sizi şirnikləndirmək istəyənlər çox olacaq, amma özünüzdə güc tapıb bunlara etiraz edə bilərsiniz. Yeni tərəfdaşlarınızla əməkdaşlığınız qarşınızda yeni perspektivlər açacaq. Yaxınlarınızla münasibətləriniz gərgindir: uzun müddət üzərindən sükutla keçdiyiniz məsələləri müzakirə etməyin vaxtı gəlib. Xırdaca da olsa, hansısa bir risklə bağlı şəraitlərdən qaçın: ehtiyatsızlığınız ucbatından ziyan çəkə bilərsiniz.

Şir - Yeni tanışlar tapmaq, faydalı əlaqələr qurmaq zamanıdır. Bu gün "ixtira maşınınız" əla işləyir, odur ki, həm özünüzün, həm başqalarının problemlərinin orijinal həll yollarını tapırsınız. Daşınmaz əmlak, o cümlədən xaricdə yerləşən mülklə bağlı məsələləri həll etmək olar. Bir çox Şirlər bu gün özləri üçün yeni bir sahədə qüvvələrini sınayacaqlar və əldə etdikləri nəticə onları yaxşı mənada təəccübləndirəcək. Digərləri isə əla istedadlarını kəşf edəcək və dərhal bunlardan yararlanmağa çalışacaqlar.  

Qız - Boyunuzdan yuxarı tullanmağa çalışmayın: qarşınıza elə məqsədlər qoyun ki, onları həll edə biləsiniz. Faydalı işlərlə məşğul olmağa çalışın. Riskdən qaçın, təhriklərə uymayın. Məhz ehtiyat və diqqət bir çox səhvlərdən və düşünülməmiş hərəkətlərdən sizi qoruyar. Qadınlarla ünsiyyət çox faydalı olacaq - sizə gərək olan köməyi məhz onlar göstərəcəklər. Maliyyə işlərinizi qaydaya salmağa çalışın. Borc almaq, şübhəli laiyhələrə pul yatırmaq məsləhət deyil.

(adsgarden = window.adsgarden || []).push({});