Şri Lankadakı prezident seçkilərində müxalifətdən namizəd qalib gəlib


Dünya 17 Noy 2019 23:44:00 320 0

Şri Lankadakı prezident seçkilərində müxalifətdən namizəd qalib gəlib

Şri-Lankada noyabrın 16-da keçirilən prezident seçkilərində ən çox səs müxalif Xalq Cəbhəsindən olan namizəd Qotabay Radjapaksa toplayıb.

Son.az Trend-ə istinadən bildirir ki, onun əsas rəqibi, hakim Vahid Milli Partiyadan olan namizəd Sadjit Premadasa artıq məğlubiyyətini etiraf etdiyini və "xalqın qərarına hörmət etdiyini" bildirib.

İlkin məlumata görə, Radjapaksa 53-54% səs toplayıb.Seçilən prezidentin bu həftənin əvvəlində and içmə mərasimi gözlənilir. Şri-Lankada dövlət başçısı beş illik müddətə seçilir.