Evlilik üçün necə yoxsulluqdan qurtuldu və milyonluq biznes qurdu


Digərləri 17 Noy 2019 23:50:00 291 0

Evlilik üçün necə yoxsulluqdan qurtuldu və milyonluq biznes qurdu

Josh Levine əlverişsiz bir ərazidə böyüyüb. Evlənmək istəyi və gələcək qaynanasından gələn gözlənilməz zəng onu öz işini qurmaq üçün ayağa qaldırdı. Levine-nin Empowered Electric elektromontaj şirkəti Inc.com versiyasına görə ABŞ-ın ən sürətlə inkişaf edən bizneslərinin siyahısına düşüb - son üç ildə onun gəliri demək olar ki, 2 min % artıb və 2018-ci ildə 3,6 mln. dollar olub.

Son.az bizplus.az-a istinadən bildirir ki, bundan başqa, Levine öz seqmentinə görə ən nüfuzlu Instagram-hesabına malikdir. O, yalnız sosial şəbəkələrdən işçilər yığır.

Uşaqlıq travmaları

Anam 16 yaşında mənə hamilə olub. Ögey valideynləri onunla pis rəftar edirdilər. Sağ qalmaq üçün anam çətin qərarlar verməli olub. Onun üçün əsas olan evimizin olması idi.

Bir dəfə biz bütün bir həftəni ancaq donuz əti yemişdik. Hələ bir dəfə gölməçədə balıq tutub elə oradaca yeməli olduq, çünki, su təchizatını kəsmişdilər.

Mən heç vaxt özümü təhlükəsizlikdə hiss etməmişəm və gələcəyimdən arxayın olmamışam. Təhsildə və idmandakı uğurlarıma baxmayaraq, özümü həmişə yaramaz bir uşaq kimi hiss etmişəm. Hələ də elə hiss edirəm - öz təbiətinlə bacarmaq çox çətindir.

Empowered Electric rəqəmlərdə:

ABŞ-ın ən sürətlə inkşaf edən bizneslər siyahısında 210-cu yer.

3,6 mln. dollar - 2018-ci ildəki gəliri.

7 mln. dollar - 2019-cu ilə gözlənilən gəlir.

1,944% - üç il ərzində gəlir artımı.

Şirkətdə işçi sayı - 40.

İşə və ya doğum evinə

Məktəbdəki sevgim Bridget-in sayəsində mən elektrik oldum. 20 yaşım tamam olanda onunla evlənmək qərarına gəldim. Atasından kömək istəsəm də rədd cavabı aldım və stabil iş axtarmalı oldum. Əczaçı şirkətində qaynar xətdə işləyəndə birdən Bridget-in anası mənə zəng etdi və elektrik işinə düzəlmək üçün mənə kömək təklif etdi. Elə həmin gün işdən çıxmaq barədə ərizə yazdım.

Əvvəl heç işləyə bilmirdim. Yeni sahədə heç bir təcrübəm yox idi, amma mən sevgimdən başımı itirmişdim və əzmlə çalışmağa hazır idim. İlk gün üç cərəyan şəbəkəsini quraşdırmağa iki saat vaxtım getdi - özümü kloun kimi hiss edirdim. Əlavə olaraq, gecə növbəsinin əvəzində transformatorların quraşdırılmsı və lampaların təmiri üzrə dərslərə yazıldım.

İkinci ili məni usta təyin etdilər. Bu vaxt biz Bridget-lə artıq evli idik və ilk uşağımız olmuşdu.

Həmin şirkətdə rəhbərliyin işçilərə münasibəti mənim xoşuma gəlmirdi. Məzuniyyətlərimiz demək olar ki olmurdu - ən yaxşı halda bir həftə. Hətta bu halda belə rəhbərlər məzuniyyətə getməməyimiz üçün əllərindən gələn hər şeyi edirdilər. Bridget ikinci dəfə hamilə olanda mən qərar veməli oldum - ya onu dəstəkləmək üçün evdə qalmalı ya da iş növbəsinə çıxmalı idim. Nəticədə işə getmək qərarına gəldim.

(adsgarden = window.adsgarden || []).push({});