Şri Lankadakı prezident seçkilərində müxalifətdən namizəd qalib gəlib


Digərləri 17 Noy 2019 23:41:00 283 0

Şri Lankadakı prezident seçkilərində müxalifətdən namizəd qalib gəlib

Şri-Lankada noyabrın 16-da keçirilən prezident seçkilərində ən çox səs müxalif Xalq Cəbhəsindən olan namizəd Qotabay Radjapaksa toplayıb

Bakı. Şri-Lankada noyabrın 16-da keçirilən prezident seçkilərində ən çox səs müxalif Xalq Cəbhəsindən olan namizəd Qotabay Radjapaksa toplayıb. Trend-in məlumatına görə, onun əsas rəqibi, hakim Vahid Milli Partiyadan olan namizəd Sadjit Premadasa artıq məğlubiyyətini etiraf etdiyini və "xalqın qərarına hörmət etdiyini" bildirib. İlkin məlumata görə, Radjapaksa 53-54% səs toplayıb.Seçilən prezidentin bu həftənin əvvəlində and içmə mərasimi gözlənilir. Şri-Lankada dövlət başçısı beş illik müddətə seçilir. (adsgarden = window.adsgarden || []).push({}); Seçkilər təhlükəsizlik vəziyyətini çətinləşdirən qeyri-sabit siyasi şəraitə keçirilib. 2019-cu ilin aprelində bu adada bir sıra terror aktları baş verib. Ümumilikdə, Kolombo, Neqombo və Battikaloa şəhərlərində, katolik kilsələrində Pasxa mərasimləri zamanı və otellərdə ümumilikdə səkkiz partlayış baş verib. 253 nəfər ölüb və arasında 42 əcnəbi olmaqla, təxminən 500 adam yaralanıb. Hücumlara görə məsuliyyəti radikal islamçı qrup "Camaat əl-Tovhid al-Wataniya" öz üzərinə götürüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin