Livanda yol qəzasında 18 nəfər yaralanıb


Dünya 17 Noy 2019 23:11:00 320 0

Livanda yol qəzasında 18 nəfər yaralanıb

Livanın Djubeyl ərazisindəki magistral yolda iki avtomobil toqquşub, 18 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, avtomobillərin birində Suriyadan gələn qaçqınların olduğu bildirilib.

Zərərçəkənlər arasında bir neçə uşaq da olub. Güclü toqquşma səbəbindən avtomobillərdən biri ciddi ziyan görüb, xilasedicilər yaralananları çıxarmaq üçün onu bir neçə yerdən kəsməli olublar.