İlk dəfə olaraq “Adidas” kosmosda ayaqqabı sınağı həyata keçirəcək VİDEO


Digərləri 17 Noy 2019 22:40:00 261 0

İlk dəfə olaraq “Adidas” kosmosda ayaqqabı sınağı həyata keçirəcək  VİDEO

"Adidas" Beynəlxalq kosmik stansiyada fəaliyyət göstərən amerikan laboratoriyası ilə tərəfdaşlıq barədə xəbər verib. Şirkət mikroqravitasiya şərtləri altında sınaq həyata keçirmək üçün Beynəlxalq kosmik stansiyaya artıq futbol topları göndərib. Bundan başqa, "Adidas" tarixdə ilk dəfə olaraq kosmosda ayaqqabıları sınaqdan keçirəcək.

Son.az bizplus.az-a istinadən bildirir ki, brend yeni kosmik araşdırmalar erasının başlanğıcını qoyacağına söz verir və bunun mərkəzində dünya idmançıları dayanacaqlar.

BKS-lə tərəfdaşlığın ilkin mərhələsi məhsulların mikroqravitasiya şərtləri altında sınaqdan keçirilmsinə həsr olunub. Bu sınaq məsələn, futbol topunun hava axınına məruz qalmadan necə fırlanmasını öyrənməkdən ibarət olacaq.

Qeyd edək ki, "Adidas" əldə edilən məlumatları topun hazırlandığı materialın tərkibinin dəyişdirilməsi üçün istifadə edə bilər.

(adsgarden = window.adsgarden || []).push({});