Çin iqtisadiyyatı gözləntiləri doğrultmur


Digərləri 17 Noy 2019 22:05:00 282 0

Çin iqtisadiyyatı gözləntiləri doğrultmur

Bu ilin III rübündə Çin iqtisadiyyatının artım tempi gözləntiləri doğrultmayaraq cəmi 6% olub. Bu göstərici inkişaf etmiş ölkələr üçün əlçatmaz olsa da, Çin üçün heç də qənaətbəxş deyil və 1992-ci ildən bəri iqtisadiyyatın ən aşağı səviyyədə böyüməsi hesab edilir. Hətta hazırkı geosiyasi vəziyyət davam etsə, inkişaf tempi 5%-ə belə düşə bilər.

Çin qlobal iqtisadiyyatın inkişafına təkan verən ən böyük ölkələrdən biridir və ÜDM-in həcminə görə dünyada ABŞ-dan sonra 2-cidir. Növbəti yerlərdə isə Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Hindistan, İtaliya, Braziliya və Kanada qərarlaşıb.

Son.az marja.az-a istinadən bildirir ki, 2024-cü ilə qədər dünyanın iqtisadi inkişafının 28,3%-i Çinin hesabına olacaq. 

Mənbə: Bloomberg

Çin iqtisadiyyatının zəifləməsi dünya ticarətinə, enerji və xammal qiymətlərinə mənfi təsir edə bilər. Xüsusilə də bu ölkənin enerji qiymətlərinin formalaşmasında rolu böyükdür. Yəni, Çindəki iqtisadi vəziyyətdən asılı olaraq enerji ixracatçısı ölkələrinin gəlirləri artıb-azala, sənayeləri böyüyüb-kiçilə bilər. Söhbət əsasən, Rusiya, Səudiyyə Ərəbistanı və Braziliyadan gedir. Onların istehsal etdiyi xammala tələbatın azalması həm də dünyanın iqtisadi inkişafının zəifləməsi deməkdir.

Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatına əsasən bu il qlobal iqtisadiyyat 3% böyüyəcək. Halbuki, bir müddət əvvəl təşkilat 3,8%-lik inkişaf tempi gözləyirdi. Fond eyni zamanda Böyük 4-lüyün - Çin, ABŞ, avrozona və Yaponiyanın gələcək 5 ildə inkişaflarında dəyişiklik olmayacağını proqnozlaşdırır. Təkcə Çin iqtisadiyyatının tendensiyasını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, IMF-in proqnozu olduqca optimistdir.

(adsgarden = window.adsgarden || []).push({});