Honkonqda orta məktəblərdə dərslər yenidən təxirə salınıb


Dünya 17 Noy 2019 21:51:00 349 0

Honkonqda orta məktəblərdə dərslər yenidən təxirə salınıb

Çinin Honkonq xüsusi inzibati bölgəsində iğtişaşlar və zorakılıq halları ilə əlaqədar ibtidai, orta və xüsusi məktəblərdə, habelə uşaq bağçalarında dərslərin dayandırılması müddəti yenidən uzadılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 13-də elan olunmuş birgünlük növbədənkənar tətil sonradan həftə sonunadək uzadılmışdı. Təhsil bürosunun noyabrın 17-də yaydığı məlumatda isə tətilin daha bir gün uzadıldığı bildirilir. Məktəblərdə və uşaq bağçalarında dərslərin noyabrın 19-da bərpa olunması nəzərdə tutulub.

Təhsil bürosu şəhərdə iğtişaşların və zorakılıq hallarının dərhal dayandırılmasını tələb edib.