14 min il əvvəl hazırlanmış mamont tələsi aşkar edilib


Digərləri 17 Noy 2019 21:55:00 312 0

14 min il əvvəl hazırlanmış mamont tələsi aşkar edilib

Meksika arxeoloqları mamontlar üçün hazırlanmış 14 min illik tələ aşkar edib. 2019-cu ildə, Mexiko yaxınlığında açkar edilmiş mamont məzarlığının, qədim dövrlərdə tələ məkanı olması məlum olmuşdur. Bu haqda Luis Kordoba "Universal" dərgisinə müsahibəsi zamanı bildirmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki,  söhbət 14 min il bundan öncə mamontlar üçün hazırlanmış tələdən gedir. Kordobanın sözlərinə görə, bu növ artefaktlar hələ dünyanın heç bir yerində tapılmamışdır. Arxeoloqların sözlərinə görə, tapıntı ərazisinin yaxın ətrafında buna oxşar daha üç tələnin aşkar edilməsi mümkündür. Kordoba bildirir ki, tapılmış artefaktlar Tultepek mamont muzeyində sərgilənəcək.

(adsgarden = window.adsgarden || []).push({});