Bərdədə ağır qəza, yaralılar var


Digərləri 17 Noy 2019 21:41:00 264 0

Bərdədə ağır qəza, yaralılar var

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonunun Mirzəxan kəndində baş verib.

Belə ki, "Vaz-21011" və "Vaz-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar ismaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.