Boliviyada Evo Moralesin beş tərəfdarı ölüb


Dünya 17 Noy 2019 21:19:00 256 0

Boliviyada Evo Moralesin beş tərəfdarı ölüb

Fransanın AFP xəbər agentliyinin verdiyi məlumata görə, Boliviyada cümə günü etirazçılarla təhlükəsizlik qüvvələri arasında zorakı qarşıdurmalar nəticəsində sabiq prezident Evo Moralesin beş tərəfdarı həyatını itirib.

Rəsmilər Koçabambadan kənarda ölüm halları barədə məlumat verməsə də, 100 nəfərin həbs olunduğunu bildirib. Mediada səkkiz nəfərin yaralandığına dair xəbərlər yer alıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, qarşıdurma cümə günü Koçabambanın ətrafında yaşanıb. Orada minlərlə kakao fermeri müvəqqəti lider Cenin Aneza qarşı etiraz etmək üçün 18 kilometr uzaqda yerləşən paytaxta getməyə çalışıb.

Lakin polis onları blok edib və körpünü keçmələrinə icazə verməyib.

Etirazçılar "tapança, silah, Molotov kokteyli, evdə düzəldilmiş bazuka və partlayıcı cihazlar gətirib", Koçabamba polisinin komandiri polkovnik Ceymi Zurita bildirib.