Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub


Digərləri 17 Noy 2019 21:06:00 295 0

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

Son.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi beşmərtəbəli binanın birinci mərtəbəsində sahəsi 2 m² olan sanitar qovşağın lambirindən ibarət tavanı 1 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.