Venesiya yenidən su altında qala bilər
Dünya 17 Noy 2019 18:48:00 296 0
Bu gün Venesiyada yenidən suyun səviyyəsi pik həddə çata bilər.
Son.az APA-ya istinadən bildirir ki, Venesiyada su səviyyəsinin 160 santimetrə qədər yüksələcəyi gözlənilir.
Şəhərin 77 faizinin su altında qalacağı proqnozlaşdırılır. Venesiya meri Luici Brunyaro mərkəzi San-Marko meydanının bağlandığını bildirib. Dünən İtaliya Mülki Müdafiə Xidməti L. Brunyaronu şəhərin bərpası üzrə fövqəladə komissar təyin edib. İtaliya hökuməti subasmanın ilkin nəticələrinin aradan qaldırılması üçün 20 milyon avro ayırıb, kreditlərin müddəti bir il dondurulub.
Baş Nazir Cuzeppe Konte fiziki şəxslərə 5 min avro, şirkətlərə 20 min avro kompensasiya veriləcəyini açıqlayıb.
(adsgarden = window.adsgarden || []).push({});
Mənbə: milli.az