Atletlərimiz beynəlxalq turnirdəki çıxışlarına yekun vurublar (FOTO)


Digərləri 17 Noy 2019 18:21:00 236 0

Atletlərimiz beynəlxalq turnirdəki çıxışlarına yekun vurublar (FOTO)

Noyabrın 14-17-si tarixlərində Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatmaq üzrədir

Bakı. Noyabrın 14-17-si tarixlərində Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatmaq üzrədir. Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar. Dünən millimizin üzvlərindən Füqan Əliyev mübarizəyə qoşulub. O, kişilərdə 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.