Şam yeməyinin sağlamlıq üçün təhlükəli olduğu açıqlanıb


Digərləri 17 Noy 2019 18:06:00 337 0

Şam yeməyinin sağlamlıq üçün təhlükəli olduğu açıqlanıb

ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetinin alimləri axşam yeməyinin insan səhhəti üçün təhlükəli olduğunu bildiriblər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, tədqiqatalara əsasən, 18-dən sonra qəbul edilən yemək mədə-bağırsaq və ürək problemlərinə səbəb ola bilər. 

Araşdırmada 112 qadın iştirak edib. Onların hamısı 1 il ərzində gündəliklərində qəbul etdikləri qidalar barədə qeydlər aparıblar.

Məlum olub ki, saat 18.00-dan sonra yemək yeyən qadınların qanında şəkərin miqdarı artır, ürək problemləri, çəkinin artması və yüksək təzyiq problemi yaranır.

(adsgarden = window.adsgarden || []).push({});