Xərçəngi sağaltmır, amma alimlər məsləhət görürlər


Digərləri 17 Noy 2019 17:36:00 340 0

Xərçəngi sağaltmır, amma alimlər məsləhət görürlər

Böyük Britaniyanın Lids Universitetinin alimləri müəyyən ediblər ki, D vitamini melanoma (bəd xassəli şiş) zamanı xərçəng hüceyrələrinin inkişafını zəiflədir.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu, xəstəliyin irəliləməsinin, metastazın baş verməsinin qarşısını alır.

Tədqiqatlar göstərib ki, vitamin bədxassəli şiş hüceyrələrinin səthinə VDR reseptorları ilə bağlanaraq siqnal verilməsinə təsir edir. Elmi iş müəlliflərinin fikrincə, bu reseptorlar insan orqanizminin bir çox orqanlarında, o cümlədən beyində, ürəkdə, bağırsaqda, böyrəklərdə və mədəaltı vəzdə var.

Alimlər melanoma xəstələrində VDR reseptorlarının meydana gəlməsinə məsul olan genin aktivliyini müşahidə ediblər. Onlardan 703-də metastaz hələ yaranmayıbmış, 353-də isə bu vardı.

(adsgarden = window.adsgarden || []).push({});